Türkiyədə bir qrup qadın vəkil İran qadınlarının qiyamına həmrəylik əlaməti olaraq saçlarını kəsib.
Məlumata əsasən, İstanbul Vəkillər Kollegiyasına qadın vəkil yeni başçı seçilib. Bundan sonra bir qrup türk qadın vəkil İran qadınlarının qiyamına həmrəylik göstərərək saçlarını kəsiblər.
Qeyd edək ki, vəkil Filiz Saraç İstanbul Vəkillər Kollegiyasının ilk qadın prezidentidir. O, İran və Əfqanıstanda qadınların azadlıq mübarizəsini yüksək qiymətləndirib.
Mənbə: CNN.türk