​"Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir" Alen Simonyan

​
15:20 26.10.2022
211 Siyasət
A- A+

Ermənistan KTMT-dən çıxmaq məsələsini müzakirə etmir, reaksiya gözləyir.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, Ermənistanın kursu dəyişmək üçün heç nə etmədiyini vurğulayıb.

“Amma bir fakt var ki, Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir. Əgər belədirsə, o zaman KTMT bu barədə İrəvana məlumat verməlidir ki, başqa mexanizmlər tapılsın. Mən gözləyirəm ki, bizim KTMT-dən olan həmkarlarımız və əsas müttəfiqimiz erməni maraqları xəttinin tükəndiyini dərk edir və Ermənistanın artıq geri addım atmaq imkanı yoxdur. Biz Ermənistanın maraqlarını qorumaq üçün hər şeyi edəcəyik”, - Simonyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan təşkilatın reaksiyasını gözləyir, indiki mərhələdə bu, siyasi reaksiyadır.

“Gələcəkdə KTMT-nin regiondan çəkilmək qərarına gəldiyi ortaya çıxsa, o zaman faktla üzləşə bilərik. Amma Ermənistan hakimiyyəti bu gün belə bir məsələni müzakirə etmir. Biz hərəkət gözləyirik, reaksiya gözləyirik. Vəziyyət onu göstərir ki, qərar qəbul etməyimizə çox az vaxt qalıb”, - Simonyan qeyd edib.