"Çıxmıram verilişlərə. Proqramlar var, qırmızı, çəhrayı, narıncı divanda oturub, insanları müzakirə edirlər: filankəs kimdən və niyə doğdu. Getmirəm həmin verilişlərə. Ya da deyirlər, Murad bəy, durun bir mahnı oxuyun. Getmirəm".
Bu sözləri müğənni-bəstəkar Murad Arif "O kimdir" proqramında deyib. Sənətçi verilişlərə getməməsindən bəhs edib.
Murad türkiyəli ifaçı Nil Karaibrahimgilin ona zəng etməsindən danışıb:
"Türkiyənin ən kreativ sənətçisidir. Bir gün mənə zən gəlib, "Mən Nil Karaibrahimgil, sizin mahnınızı oxumaq istəyirəm" deyəndə, əlim əsdi. Sonra dedim ki, normaldır".
Şou-biznesin hazırki vəziyyətindən danışan ifaçı "2000-ci illərdən bu yana, bacardığımız qədər əhalinin zövqünü korladıq: ödənişli, lazımsız müğənnilər və mahnılarla. Bu gün qarşısını ala bilmədiyimiz yutub trendi hadisəsini yaşayırıq" sözlərini əlavə edib.