​“Apple” şirkətindən şarjla bağlı VACİB QƏRAR

​“Apple” şirkətindən şarjla bağlı
15:58 26.10.2022
A- A+

Dünyaca məşhur “Apple” şirkəti məhsulları ilə bağlı açıqlama yayıb.

“Bloomberg” xəbər verir ki, sözügedən şirkətin məhsullarını şarj növü yəni “Lightning” “USB-C” portuna keçiriləcək.

Bu yeniliklər isə bütün gələcək iPhone smartfonlarına təsir edəcək. Şirkət Avropa İttifaqının yeni tələbləri ilə əlaqədar belə tədbirlər görmək qərarına gəlib. Məlumata görə, Aİ-də satılan bütün smartfonların tək şarj portu “USB-C” olmalıdır.

Qeyd edək ki, daha əvvəl “Apple” şirkəti bildirmişdi ki, Avropa Parlamenti bütün smartfonlar, planşetlər və kameralar üçün USB Type-C konnektoru ilə vahid tipli şarj cihazlarının tətbiqi barədə qərar qəbul edib. Qərar 2024-cü ilin payızında Avropa İttifaqında məcburi olacaq.

Mənbə: Ednews