​Qızını dişləyən xərçəngi diri-diri yedi: 2 ay sonra parazitə yoluxdu

​Qızını dişləyən xərçəngi diri-diri yedi:
16:35 26.10.2022
231 Dünya
A- A+

Çində Lu adlı 39 yaşlı kişi kiçik qızını dişləyən xərçəngə qəzəbləndiyi üçün onu yeyib.

Hadisədən təxminən iki ay sonra ağır xəstələnib. Davamlı bel ağrıları şikayəti ilə xəstəxanaya müraciət edən şəxsin həzm sistemində və qaraciyərində patoloji dəyişikliklər müşahidə edilib.

Həkimlər adamdan allergiyaya səbəb ola biləcək qeyri-adi nə isə yeyib-yemədiyini soruşsalar da, davamlı "yox" cavabını alıblar. Sonra Lunun arvadı ərinin iki ay əvvəl yediyi xərçəngi xatırlayıb və həkimlərə bildirib.

Mütəxəssislər xəstəliyin mənbəyini öyrəndikdən sonra apardıqları analizlərdə insanın diri-diri yediyi xərçəngə görə ən azı üç müxtəlif parazitə yoluxduğunu aşkar ediblər.

Mənbə: Tgrthaber