Teleaparıcı Kseniya Sobçak “Rostex” dövlət korporasiyasından pul tələb etməkdə şübhəli bilinir.
Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.
Sobçak Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ( külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir.
İş üzrə zərərçəkmiş şəxs qismində "Rostex"in vəzifəli şəxsi tanınıb.
Sobçakın 15 ilə qədər həbs nəzərdə tutulur.
O, bu səbəbdən ötən gecə Rusiyanı tərk edərək Belarus ərazisi ilə Litvaya gedib.
Qeyd edək ki, bu gün səhər saatlarında Sobçakın Moskva vilayətindəki bağ evində axtarış aparılıb. Axtarışın Sobçakın kommersiya direktoru Kirill Suxanova qarşı iş üzrə aparıldığı bildirilib. Daha sonra eyni məsələ ilə bağlı “Tatler” qəzetinin keçmiş baş redaktoru Arian Romanovskinin də saxlanıldığı məlum olub.