Köhnə diş fırçaları xəstəliklərə səbəb ola bilər.
Bu barədə rusiyalı stomatoloq Vladimir Losev deyib. O bildirib ki, dış fırçaları müntəzəm olaraq dəyişdirilməlidir.
Həkim həmçinin köhnə diş fırçasının bir çox xəstəliklərdən sağalmağa mane ola biləcəyini deyib. O köhnə diş fırçalarının niyə təhlükəli ola biləcəyini açıqlayıb və onların nə qədər tez-tez dəyişdirilməsinin lazım olduğunu vurğulayıb.
Diş həkimi izah edib ki, diş fırçası, nə qədər gigiyenik saxlanılsa belə, bakteriya mənbəyinə çevrilə bilər, çünki müntəzəm olaraq bakteriyalarla ilə təmasda olur. Əgər bir şəxs diş müalicə edirsə, diş implantasiyası aparırsa diş fırçasını adi haldan daha yaxşı yumalıdır.
Losevin fikrincə, diş fırçasına düşmüş mikroblar və viruslar selikli qişanın iltihabına səbəb ola bilər və ya infeksiyanı xroniki hala gətirə bilər. Fırça vaxtında dəyişdirilmirsə, sağlam həyat tərzi və vitamin qəbulu ilə belə boğaz müntəzəm olaraq iltihablanacaqdır.
Stamotoloq qeyd edib ki, diş fırçası 2-3 aydan bir mütləq yenisi ilə dəyişirilməlidir.