​Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

​Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu
09:30 27.10.2022
228 İdman
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.

20 yaşlı hücumçu "İstanbulspor"dan ayrılaraq "Çorum" komandasına keçib.

Forvardla 2,5 illik müqavilə imzalanıb. Yıldırım mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.

Qeyd edək ki, Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. Oyunçu ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb.