​İsrail Suriyaya raket zərbələri endirdi

​İsrail Suriyaya raket zərbələri
10:15 27.10.2022
238 Dünya
A- A+

İsrail Müdafiə Qüvvələri Dəməşq yaxınlığında yerləşən hədəflərə raket zərbəsi endirib.

Bu barədə “SANA” xəbər agentliyi məlumat verib.

Məlumatda bildirilir ki, raket hücumu yerli vaxtla saat 00:30 radələrində həyata keçirilib.

Atılan raketlərin bir hissəsi Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Zərbə nəticəsində yalnız maddi ziyan dəyib.