​Cəbrayılda xeyli silah-sursat aşkarlanıb - FOTO

​Cəbrayılda xeyli silah-sursat aşkarlanıb -
10:35 27.10.2022
219 Qarabağ
A- A+

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkar ediblər. Tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.