​ABŞ “Meta”nı cərimələdi

​ABŞ “Meta”nı
10:45 27.10.2022
A- A+

ABŞ-ın Vaşinqton ştatının hakimi “Meta” şirkətini siyasi kampaniyaların maliyyələşdirilməsi haqqında qanunu dəfələrlə və bilərəkdən pozduğuna görə 24,7 milyon dollar cərimələyib.

Qanun “Meta” kimi şirkətlərdən siyasi reklam alanların adlarını, ünvanlarını, reklamların təyinatını, necə ödənildiyini və ümumi baxış sayını ictimaiyyətə açıqlamağı tələb edir.

Televiziyalar və qəzetlər onilliklər ərzində qanunlara tabe olublar.

Bununla belə, “Meta” qanunun konstitusiyaya zidd olduğunu və ona tam əməl olunmasının mümkün olmadığını iddia edərək, tələblərə dəfələrlə etiraz edib.

Məlumata görə, “Facebook” platformada yerləşdirilən siyasi reklamların arxivini saxlasa da, qanunlarının tələb etdiyi bütün məlumatları açıqlamır.

Mənbə: Finance.yahoo.com