​Aİ-nin monitorinq missiyası Ermənistan-Azərbaycan sərhədində ilk patruluna çıxıb - VİDEO

​Aİ-nin monitorinq missiyası Ermənistan-Azərbaycan sərhədində ilk patruluna çıxıb -
11:40 27.10.2022
214 Siyasət
A- A+

Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası Azərbaycanla sərhəddə ilk patruluna çıxıb.

Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin "Twitter" hesabında paylaşım edilib.

Məlumatda qeyd olunub ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyası etimad inşası və sərhəd komissiyalarının işinə töhfə vermək məqsədilə qarşıdakı iki ay ərzində Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində monitorinq aparacaq.

Mənbə: APA