​Ucqar kəndlərdə yaşayan uşaqları sən də sevindir - "Bir oyuncaq" aksiyası

​Ucqar kəndlərdə yaşayan uşaqları sən də sevindir -
11:33 27.10.2022
490 Sosial
A- A+

"Bir oyuncaq" layihəsi çərçivəsində növbəti səfər baş tutacaq.

Aksiyasının təşkili rəsmi olaraq “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilir.
 
Gənclərin növbəti səfəri noyabr ayının 13-də Lənkəran şəhərinin Gəgiran kəndinə olacaq. Aksiyanın məqsədi ucqar kəndlərdə yaşayan uşaqların sosial qayğı ilə əhatə olunması, həm də gənclər arasında paylaşmaq, könüllülük kimi təşəbbüslərin artırılmasıdır.
 
Layihə çərçivəsində gənclər ucqar kəndlərdə yaşayan uşaqları oyuncaq hədiyyələri ilə sevindirir, onların asudə vaxtının səmərəli təşkili üçün müxtəlif idman məhsulları, maarifləndirici ləvazimatlar ilə təmin edirlər. 
 
Qeyd edək ki, aksiya çərçivəsində bundan əvvəlki səfər İsmayıllının Qoydan və Əhən kəndlərinə olub. Burada 50-dən çox uşağa məktəb ləvazimatları və oyuncaqlar paylanılıb. 
 
Aksiyaya yalnız maddi deyil, təşkilatı, texniki və mənəvi olaraq da dəstək ola bilərsiniz.
 
İanə etmək istəyənlər üçün rekvizitlər: Rabitə Bank / 5261 6333 3329 8777