“Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyir. Bu, bizim üçün olduqca əhəmiyyətlidir”.
Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee “Kəşmirin qara günü” adlı tədbirdə çıxış edərək deyib.
Səfir Pakistanla Azərbaycanın bir-birini dəstəkləməsinin təsadüfi olmadığını vurğulayıb: “Azərbaycan da eyni taleyi yaşayıb və biz hər zaman azərbaycanlı qardaşlarımızın yanında olmuşuq”.
Pakistanlı diplomat ölkəsinin Azərbaycan xalqından və dövlətindən daim dəstək aldığını xüsusilə qeyd edib.