Yeni Zelandiyada baş nazirin ofisinə hücum edilib.
Bu barədə cümə axşamı Yeni Zelandiya radiosu məlumat yayıb.
Məlumata əsasən, 57 yaşlı Oklend sakini Baş nazir Casinda Ardernin ofisinin pəncərə və qapılarının şüşələrini sındıraraq içəriyə tüstü bombası atıb. Hücum zamanı xəsarət alan olmayıb.
Şübhəli hadisə yerindən qaçsa da, daha sonra həbs edilib və ona qarşı cinayət işi açılıb.
Mənbə: TASS