Kanadanın Komoks şəhərində yaşayan 105 yaşlı qadın uzun ömür yaşamağın sirrini açıqlayıb.
Bu barədə "Comox Valley Record" saytı yazıb.
Coys Cey adlı qadın etiraf edib ki, uzun ömür yaşamağı həyatının uğuru hesab edir. "Əsl sirr gündəlik aktiv olmaq və insanın həyata daimi maraqlarını tapmaqdan ibarətdir" - deyə qeyd edib.
Qadın yubileyini onu təbrik etməyə gələn dörd övladı və ailəsi ilə qeyd edib. "O, həmişə aktiv və məqsədyönlü olub. Bu, onun əsl sirridir" - deyə Ceyin qızı deyib.
Qeyd edək ki, bundan əvvəl, ABŞ-da növbəti ad gününü qeyd edən 103 yaşlı sakin uzunömürlülüyünün səbəblərini açıqlamışdı
Amerikalı sakin özünü əla hiss etdiyini və hər səhər avokado yediyini deyib.
Mənbə: Big.az