​Bu ölkə də Rusiya üçün öz qərarını verdi - “Terrorçu rejim”

​Bu ölkə də Rusiya üçün öz qərarını verdi -
12:25 27.10.2022
239 Dünya
A- A+

Polşa parlamentinin yuxarı palatası olan Senat axşam iclasında Rusiya administrasiyasının “terrorçu rejim” kimi tanınmasını ehtiva edən qətnaməyə səs verib.

Qətnamə 100 nəfərdən ibarət Senatda keçirilən iclasda iştirak edən 85 senatorun “hə” səsi ilə qəbul edilib.

“Rus quldurları uniforma geyinmiş hərbi əsirləri və dinc əhalini işgəncə ilə qətlə yetirir. Onlar ukraynalı uşaqları rejimin əsgəri etmək üçün oğurlayır və Ukrayna vətəndaşlarını zorla Rusiyanın ucqar bölgələrinə köçürürlər”, - bəyanatda deyilir.

Qərardan sonra açıqlama verən Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya “terrorçu dövlət” kimi təzyiqlərin hər gün artırılmalı olduğunu, bunun fərqində olan və buna zəmanət verən liderlərə və siyasətçilərə minnətdar olduğunu bildirib.  

Mənbə: Tgrthaber