​Azərbaycanın səhiyyə naziri Türkiyəyə səfər edəcək

​Azərbaycanın səhiyyə naziri Türkiyəyə
13:45 27.10.2022
A- A+

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəyə səfər edəcək.

Oktyabrın 29-31-də nəzərdə tutulan səfər çərçivəsində nazir Türk Dövlətləri Təşkilatının təşkilatçılığı, Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi altında keçiriləcək "Türk Tibbi Dünya Konqresi"də iştirak edəcək.

Teymur Musayevin digər türkdilli dövlətlərdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.