​"Putin Zelenskiyə xüsusi mesaj çatdırmayıb" - Kreml

​
14:20 27.10.2022
213 Dünya
A- A+

Rusiya Prezidenti Vladimir Putin Qvineya-Bisau Prezidenti vasitəsi ilə Zelenskiyə xüsusi mesaj çatdırmayıb.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, Putin Qvineya-Bisau Prezidentini Kiyevin nəticədə imtina etdiyi Rusiya-Ukrayna danışıqları barədə məlumatlandırıb.

Qeyd edək ki, dünən Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun Ukrayna Prezidenti Volodimir Zelenskiyə Putinin Rusiya ilə Ukrayna arasında danışıqlara hazır olması barədə mesajını çatdırması barədə məlumat yayılıb.