Rusiya COVİD-19 əleyhinə növbəti vaksini mülki dövriyyəyə buraxıb.
Bu barədə Tibbi Bioloji Federal Agentliyin rəhbəri Veronika Skvartsova bildirib.
Onun sözlərinə görə, "Konvasel" adlanan peyvəndin COVİD-19-un yeni variantı olan “Cerberus” qarşı da təsirli olacağı gözlənilir.
Qeyd edək ki, Rusiyada COVİD-19 əleyhinə indiyə kimi “Sputnik V”, “Sputnik layt”, “Epivakcorona” və “Covivak” vaksinləri dövriyyədə olub.