​İsrailin müdafiə naziri Atatürkün məzarını ziyarət etdi

​İsrailin müdafiə naziri Atatürkün məzarını
15:35 27.10.2022
204 Dünya
A- A+

Türkiyədə səfərdə olan İsrailin müdafiə naziri Benni Qantz Atatürkün məzarını ziyarət edib.

Bu barədə müdafiə naziri özünün “Twitter” səhifəsində yazıb.

“Mən Türkiyəyə səfərimə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad edən məqbərəyə əklil qoymaqla başladım.

Bu gün mən Türkiyə prezidenti Ərdoğan və müdafiə naziri Akarla görüşəcəyəm və onlarla ölkələrimiz arasında təhlükəsizlik əlaqələrinin səmərəli inkişafını müzakirə edəcəyəm.

Mustafa Kamal Atatürkün “Yurdda sülh - bütün dünyada sülh” kəlamı dünyada tanınır. Anıtqəbir məqbərəsini ziyarət edərək, hörmətimi bildirirəm və bu nəcib məqsəd yolunda fəaliyyətimi davam etdirməyə sadiq olduğumu bildirirəm”, - deyə Qantz yazıb.