​Goranboyda iki maşın toqquşub, xəsarət alanlar var

​Goranboyda iki maşın toqquşub,
15:45 27.10.2022
203 Hadisə
A- A+

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik maşını ilə digər avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.