Çilidə soyğunçular polisin təqibindən xilas olmaq üçün maraqlı üsuladan istifadə ediblər.
Paytaxt Santiaqoda mağazalardan birinə basqın təşkil edən soyğunçular külli miqdarda pul ələ keçiriblər və ərazidən uzaqlaşarkən polis onları təqib etməyə başlayıb.
Təqib zamanı polisdən yayınmağa çalışan soyğunçular, ələ keçirdikləri pulları avtomobildən yola atıblar. Lakin polis təqibi dayandırmayıb. 6 şübhəli ələ keçirilib. Yola atılan 100 min dollara yaxın pulu polis toplayıb.
Mənbə: Trthaber