​İran yeni nüvə tədqiqat reaktoru inşa edir

​İran yeni nüvə tədqiqat reaktoru
16:10 27.10.2022
225 Dünya
A- A+

İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslaminin iştirakı ilə İsfahan şəhərində yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlanılıb.

İsfahan şəhərində yaradılacaq yeni nüvə tədqiqat reaktoru 20 faiz zənginləşdirilmiş nüvə yanacağından istifadə edilən və 10 meqavatlıq hovuz tiplidir. Reaktor İsfahan Nüvə Texnologiyaları Mərkəzində istifadə ediləcək.

Məlumata əsasən, tikilən reaktor nüvə yanacağının sınaqdan keçirilməsi, neytron şüalarının tədqiqi və inkişafı, tibbi və sənaye radioizotoplarının istehsalı üçün istifadə olunacaq.

Mənbə: Trthaber