​İsrail səfiri Prezidentin köməkçisi ilə görüşüb

​İsrail səfiri Prezidentin köməkçisi ilə
16:45 27.10.2022
243 Siyasət
A- A+

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Səfir bu barədə tviterdə yazıb.

O, H.Hacıyevlə ikitərəfli və regional məsələlər üzrə fikir mübadiəsi aparmaqdan məmnunluğunu bildirib.