​İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət alıb

​İsmayıllıda yol qəzasında 4 nəfər
16:55 27.10.2022
266 Hadisə
A- A+

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobilin "KamAZ" markalı avtomobilə arxadan çırpılması nəticəsində Balakən rayon sakinləri - 1990-cı il təvəllüdlü Alqayeva Nübar Tahir qızı, 2002-ci il təvəllüdlü Orucov Elcan Vahid oğlu, 1964-cü il təvəllüdlü Alqayeva Ziyafət Amil qızı və 1978-ci il təvəllüdlü Alqayeva Lalə Mollaəli qızı xəsarət alıb.

Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.