​Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasəti müəyyənləşir

​Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasəti
11:35 28.10.2022
215 Ölkə
A- A+

Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasəti müəyyənləşir.

Bu, “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin məqsədləri aşağıdakılardır:

- dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması;

- dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, onlara əlçatanlığın artırılması;

- iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılması;

- iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artınlması;

- sosial-iqtisadi və biznes yönümlü infrastrukturun qurulması ve idarə edilməsi;

- yeni iş yerlərinin yaradılması, habelə regionların tarazlı inkişaf imkanlarının təmin olunması;

- rəqabətqabiliyyətli məhsul ixracının artırılması;

- iqtisadiyyatda səmərəliliyin və şəffaflığın yüksəldilməsi.