​Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları ötüb

​Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları
11:45 28.10.2022
A- A+

Azərbaycanın valyuta ehtiyatları bu ilin əvvəlindən 3,5% artaraq 55,1 milyard ABŞ dollarına çatıb.

Bunu keçirdiyi onlyan mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov əlavə edib ki, bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir.