​Filippində sürüşmə və daşqınlarda azı 31 nəfər ölüb

​Filippində sürüşmə və daşqınlarda azı
12:50 28.10.2022
244 Dünya
A- A+

Filippinin Mindanao adasında baş vermiş sel daşqınları və sürüşmə nəticəsində ən azı 31 nəfərin öldüyü bildirilir.

Bu barədə “Inquirer” nəşri məlumat yayıb.

Qeyd olunub ki, dünən axşam saatlarında başlayan güclü yağış nəticəsində yaranan sel daşqını və sürüşmədən Şimali Maqindanao əyalətinin 10 yerli bələdiyyəsi və 1 şəhəri ciddi ziyan görüb.

Ən azı 31 nəfərin həyatına son qoyan sel daşqınları və sürüşmənin Filippinə yaxınlaşan “Nalci” qasırğasının nəticəsində yaranması qeyd olunub.

Filippində hər il orta hesabla 20 qasırğa və tayfun qeydə alınır ki, onlar böyük dağıntılara və insan itkisinə səbəb olur.