​Azərbaycana gələn Ukrayna vətəndaşları ölkədə müddətsiz qala bilərlər

​Azərbaycana gələn Ukrayna vətəndaşları ölkədə
13:25 28.10.2022
222 Sosial
A- A+

Hazırda Ukraynadan Azərbaycana gələn vətəndaşlar vaxt limiti olmadan ölkədə qala bilirlər.

Bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Rüfət İbrahimov bildirib. Onun sözlərinə görə, qanunla Ukrayna vətəndaşları Azərbaycanda 90 gün qala bilər:

“Amma hazırkı vəziyyətə görə, bu vaxt limiti aradan qaldırılıb. Yəni 90 günü bitmiş Ukrayna vətəndaşları ölkəmizdə qala bilir".