​Dünyanın ən böyük “iPhone” müəssisəsində koronavirus şoku: 300 min insan...

​Dünyanın ən böyük “iPhone” müəssisəsində koronavirus şoku:
13:40 28.10.2022
232 Dünya
A- A+

Dünyanın ən böyük "iPhone” istehsal müəssisəsində 300 min insan karantinə alınıb.

Bu dəfə koronavirus epidemiyası Çindəki ən böyük "iPhone” istehsal müəssisəsinə təsir göstərib.

Belə ki, Çində "Apple” smartfonlarının istehsal olunduğu ən böyük obyektlərdən biri olan Hnan əyalətindəki fabrikdə Covid-19 yoluxmalarına görə həyata keçirilən epidemiyadan qorunma tədbirləri işçilərin gündəlik həyatını çətinləşdirib. Çində sosial media platformalarında edilən paylaşımlarla Cingcoudakı istehsal müəssisəsində epidemiya tədbirlərinin və hərəkət məhdudiyyətlərinin yaratdığı problemlər gündəmə gəlib.

Covid-19-a yoluxmuş işçilərin yataqxana otaqlarında təcrid olunduğu iddia edilib. Karantində olan işçilər lazımi qida və tibbi xidmətlə təmin edilmədiklərindən şikayətləniblər.

Mənbə: Azxeber.com