​Azad edilmiş ərazilərin rezidentləri üçün xammal idxalı gömrük rüsumlarından azad edilir

​Azad edilmiş ərazilərin rezidentləri üçün xammal idxalı gömrük rüsumlarından
13:55 28.10.2022
A- A+

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Gömrük tarifi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

Qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.