​Norveçdə Rusiyaya casusluq edən şəxs saxlanılıb

​Norveçdə Rusiyaya casusluq edən şəxs
16:20 28.10.2022
270 Dünya
A- A+

Norveçin Tromso şəhərində saxlanılan Braziliya vətəndaşı Rusiyaya casusluqda ittiham olunub.

Məlumata əsasən, həmin şəxs qeyri-qanuni kəşfiyyatla bağlı ittiham olunub. Adı açıqlanmayan kişi ölkəyə 2021-ci ildə gəlib və Tromso Universitetində çalışıb.  Eyni zamanda o, başqa dövlətlərin təhlükəsizliyinə xələl gətirə biləcək kəşfiyyat fəaliyyətində şübhəli bilinir.

Saxlanılan şəxs ittihamlarla razılaşmasa da, məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib. 

Mənbə: Fokus.ua