​14 yaşına çatmayanlara qarşı seksual zorakılıq edənlər 20 ilədək azadlıqdan məhrum ediləcək

​14 yaşına çatmayanlara qarşı seksual zorakılıq edənlər 20 ilədək azadlıqdan
16:13 28.10.2022
260 Sosial
A- A+

14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.