Seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar artırılır.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Əgər qüvvədə olan qanuna görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsa, layihəyə əsasən bu əməllərə görə dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının tətbiqi təklif olunur.