​Bayraktar Ukraynada PUA fabrikinin qurulacağı tarixi açıqladı

​Bayraktar Ukraynada PUA fabrikinin qurulacağı tarixi
17:25 28.10.2022
217 Dünya
A- A+

Baykar-ın baş direktoru Haluk Bayraktar Ukraynada qurulacaq fabrik ilə bağlı mühüm açıqlamalar verib.

Bayraktar, "Hazırda memarlıq layihəmiz var. Layihənin təfərrüatlı mərhələsi başa çatıb. Qarşıda əsas olaraq tikinti işləri qalıb. İki ilə bitirmək istəyirik" - deyib.

O, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı bəzi çətinliklərlə üzləşməsinə baxmayaraq, sözügedən planda irəliləyiş əldə etdiklərini bildirib.

Mənbə: Sondakika.com