​Pelosinin evinə hücum edib ərini döydülər

​Pelosinin evinə hücum edib
19:45 28.10.2022
238 Siyasət
A- A+

Cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə hücum olub.

Nensi Pelosinin rəsmi saytında bildirilib ki, onun əri Pola hücum edilib.

"Bu gün səhər tezdən Pelosinin San-Fransiskodakı iqamətgahına cinayətkar soxulub və cənab Pelosiyə vəhşicəsinə hücum edib", - bəyanatda deyilir.

Hücum edənin həbs olunduğu bildirilir. Həmin an Nümayəndələr Palatasının sədri evdə olmayıb.