​Polşa ordusu "Bayraktar"ların ilk partiyasını əldə edib

​Polşa ordusu
20:30 28.10.2022
241 Siyasət
A- A+
Türkiyə istehsalı olan "Bayraktar TB-2" pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyası Polşaya çatdırılıb.
 
Polşa televiziyası PUA-ların təntənəli surətdə təqdim edilməsi mərasimini yayımlayıb. PUA-lar Polşanın Miroslavts şəhərindəki hərbi bazada təqdim edilib.
 
Həmçinin o da əlavə olunub ki, müqavilənin ümumi dəyəri 270 milyon dollardır.
 
"Bayraktar TB2" PUA-ları həm kəşfiyyat, həm də zərbə funksiyasını yerinə yetirəcək.
 
Polşa Baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak polşalı hərbçilərin Türkiyədə təlimlər keçərək PUA-ların idarəetməsini öyrəndiyini deyib.
 
"Müasir ordunu dronsuz təsəvvür etmək mümkün deyil”, - o əlavə edib.