​Bu ölkədə quş qripi kəskin yayıldı

​Bu ölkədə quş qripi
20:45 28.10.2022
229 Dünya
A- A+
Yaponiyada quş qripi ilə bağlı xəbərdarlıq edilib.
 
Covid-19 epidemiyasından sonra həyatın normallaşdığı Yaponiyada bu dəfə Quş qripi ilə bağlı həyəcan siqnalı verilib. Okayama əyalətinin Kuraşiki şəhərindəki quşçuluq fermasında mövsümün ilk quş qripi epidemiyasının başladığı açıqlanıb.
 
Yaponiyanın Okayama əyalətində bir quşçuluq fermasında ortaya çıxan və çox yoluxucu olduğu bildirilən quş qripi virusuna görə,170 min ev quşunun məhv ediləcəyi bildirilib.
 
Bildirilib ki, müəssisədə bir çox ev quşunun tələf olmasından sonra aparılan sınaqlarda aşkar edilən virus quş qripinin yüksək yoluxucu H5 mutasiyasıdır.