​Zelenski Ərdoğanı təbrik edib

​Zelenski Ərdoğanı təbrik edib
22:00 28.10.2022
222 Siyasət
A- A+

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Respublikasının yaranmasının 99-cu ildönümü münasibətilə “Twitter“də paylaşım edib.

Paylaşımda deyilir:

“Türkiyə Respublikasının elan edilməsinin 99-cu ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm. Dost türk xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram. Ortaq fəaliyyətimizin Qara dəniz bölgəsinə sülh, təhlükəsizlik və istiqrarın geri gəlməsini təmin edəcəyinə inanıram”.