Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni təbrik edib.
Bu barədə nazir Tvitterdə bildirib.
“Qardaş Türkiyenin Cümhuriyyət Gününü təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.
Əminəm ki, Azərbaycan-Türkiye qardaşlığı və müttəfiqliyi gündən-günə güclənəcək, ölkələrimizin tərəqqisinə və rifahına xidmət edəcək. Cümhuriyyət Gününüz kutlu olsun!” deyə təbrikdə bildirilir.