​Britaniya kralının arvadının olduğu təyyarə quşla toqquşub

​Britaniya kralının arvadının olduğu təyyarə
10:45 29.10.2022
219 Siyasət
A- A+

Hindistandan Britaniyaya qayıdarkən quşla toqquşan təyyarənin burun hissəsi ciddi zədə alıb.

APA-nın xəbərinə görə, bu barədə “Daily Mail” məlumat yayıb.

Saytın yaydığı fotoda təyyarənin meteoroloji radarın yerləşdiyi burun hissəsinin zədələndiyi aydın görünür.

Məlumata görə, Britaniya kralının arvadı, konsort-kraliça Kamilla da hadisə vaxtı göyərtədə olub.