​Əli Əsədov Türkiyənin vitse-prezidentini təbrik edib

​Əli Əsədov Türkiyənin vitse-prezidentini
14:00 29.10.2022
221 Siyasət
A- A+

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə bu ölkənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda bildirilib ki, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir.

Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri iki ölkə arasındakı birliyin və həmrəyliyin bariz ifadəsi kimi dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığı və səmərəli fəaliyyəti bundan sonra da birgə səylərlə genişləndirmək və şaxələndirmək əzmindədir.