​Zelenskidən Ərdoğana türk dilində mesaj - Qara dəniz vurğusu

​Zelenskidən Ərdoğana türk dilində mesaj -
15:00 29.10.2022
221 Siyasət
A- A+

Ukrayna Prezidenti Vladimir Zelenski Cümhuriyyət Günü münasibətilə Türkiyəni təbrik edib.

Ukrayna lideri mesajını tviter hesabında türk dilində paylaşıb.

“Türkiyə Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü münasibətilə Türkiyəni və Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm. Dost türk xalqına sülh, firavanlıq və rifah arzulayıram. İnanıram ki, birgə səylərimiz Qara dəniz bölgəsinə sülh, təhlükəsizlik və sabitliyi qaytaracaq”, - Zelenski bildirib.