​Ankarada PKK üzvləri saxlanıldı

​Ankarada PKK üzvləri
16:15 29.10.2022
227 Dünya
A- A+

Türkiyə polisi Ankarada PKK/KCK-nın “mətbuat xidməti”nə qarşı əməliyyat keçirib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Əməliyyatlar çərçivəsində 11 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlar terror təşkilatının təbliğatında ittiham olunub.

Şübhəli şəxslərdən 9-u terror təşkilatının üzvü olduğu üçün həbs edilib. Digər 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.