​Bakı-Qazax yolundakı ağır qəzada yaralanan 8 nəfərin durumu AÇIQLANDI

​Bakı-Qazax yolundakı ağır qəzada yaralanan 8 nəfərin durumu
16:45 29.10.2022
269 Hadisə
A- A+

Bakı-Qazax yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Yaralılarla bağlı əlavə məlumat veriləcək.