​Gəncədə 4 piyadanı avtomobil vurub

​Gəncədə 4 piyadanı avtomobil
17:30 29.10.2022
218 Hadisə
A- A+

Gəncə şəhərində, bazar ərazisində 4 piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Onların 1953-cü il təvəllüdlü S.Məmmədova, 1984-cü il təvəllüdlü X.Qurbanova, 1987-ci il təvəllüdlü G.Ələkbərova və 1997-ci il təvəllüdlü A.Abdullayeva olduqları müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.