​Somalidə iki güclü partlayış olub, çox sayda insan ölüb

​Somalidə iki güclü partlayış olub,
17:45 29.10.2022
227 Dünya
A- A+

Somalinin paytaxtı Moqadişoda iki güclü partlayış baş verib.

Bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, “Əş-Şəbab” terror qruplaşmasının silahlıları Somali Təhsil Nazirliyinin binasına hücum edib. Bir qrup terrorçu nazirliyin binasına daxil olub. Hazırda yaraqlılarla təhlükəsizlik işçiləri arasında intensiv atışmalar gedir. Çox sayda insanın öldüyü barədə məlumat verilir.