​Türkiyəni tərk etməyə çalışan 16 terrorçu saxlanılıb

​Türkiyəni tərk etməyə çalışan 16 terrorçu
19:40 29.10.2022
245 Dünya
A- A+

Türkiyədən Yunanıstan və Suriyaya qeyri-qanuni yollarla keçməyə çalışan 16 nəfər sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslərdən 6-nın FETÖ, 1-nin İŞİD, digərinin isə PKK/KCK/PYD terror təşkilatı üzvü olduqları müəyyən edilib.