Cənubi Koreyanın Seul şəhərində Hellouin bayramı şənliyində yaranan izdiham zamanı azı 20 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə “Mirror” Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.
İzdiham zamanı xəsarət alanların sayı 100-ə çatır. Hadisə yerinə onlarla təcili yardım maşını və polis gəlib. Ölkə prezidenti və baş nazir tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.
Bundan əvvəl Seulda keçirilən Hellouin bayramında azı 50 nəfərin xəsarət aldığı bildirilirdi.
Hər il oktyabrın sonuncu şənbə günü minlərlə insan Hellouin bayramını qeyd etmək üçün toplaşır.